Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuliyə gəlib

Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuliyə gəlib

03 İyul 2025

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.