XİN: Azərbaycan Rusiya tərəfindən Yekaterinburqda günahkarların cəzalandırılacağını gözləyir

XİN: Azərbaycan Rusiya tərəfindən Yekaterinburqda günahkarların cəzalandırılacağını gözləyir

02 İyul 2025

Azərbaycan Rusiya hüquq mühafizə orqanları tərəfindən Yekaterinqburqda yol verilmiş qanun pozuntuları ilə bağlı günahkarların cəzalandırılacağını gözləyir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimovla nazir müavini Araz Əzimovun görüşündə deyilib.

Məlumatda qeyd olunub ki, Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı qarşı tərəfdən hərtərəfli və obyektiv araşdırma aparılacağını, günahkarların cəzalandırılacağını Azərbaycanın gözlədiyi bir daha diqqətə çatdırılıb:

“Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib”.