Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

02 İyul 2025

Naxçıvan Muxtar Respublikası ərazisində iyul ayının 2-dən 5-dək küləkli hava şəraiti müşahidə olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərb küləyinin sürəti 13-18 m/s, bəzi ərazilərdə isə arabir 15-20 m/s-dək güclənəcək.

Küləkli hava şəraitinin əsasən Naxçıvan şəhəri,  Culfa, Şahbuz və Sədərək rayonlarında müşahidə olunacağı gözlənilir.

Əhalidən hava şəraitinə uyğun olaraq açıq havada və yüksək riskli ərazilərdə ehtiyatlı davranmaları xahiş olunur.