
Naxçıvanda Polis işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Neymətov və nazirliyin kollektivi Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsi ehtiramla yad edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, kollektiv Şəhidlər xiyabanında da olub, torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib.
Muxtar respublikanın rayonlarında da Polis Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə rayon İcra hakimiyyətlərinin, polis idarələri və şöbələrinin rəhbər heyətləri və əməkdaşları, eləcə də veteranlar iştirak ediblər. İştirakçılar Ulu Öndər Heydər Əliyevin rayon mərkəzlərində ucaldılmış abidələrini ziyarət edib, önünə gül dəstələri düzüblər. Həmçinin Şəhidlər xiyabanları və abidə kompleksləri də ziyarət edilib, xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Tədbirdlərdə çıxış edənlər Azərbaycan polisinin xalqın inam və güvənc yeri olduğunu bildirib, təbriklərini çatdırıblar.
Tədbirdlərdə xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri diplomlar təqdim olunub.