Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsi hansı qaydada rəsmiləşdirilməlidir? -

Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsi hansı qaydada rəsmiləşdirilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

03 İyul 2025

Sual: Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsi hansı qaydada rəsmiləşdirilməlidir?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 135-ci maddəyə əsasən:

Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər.

Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.

Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.

Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.

Bu maddənin müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barəsində tətbiq edilmir.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Yaqub Salamzadə