Səs-küyü salmağın hər hansı bir məsuliyyəti vardırmı? -

Səs-küyü salmağın hər hansı bir məsuliyyəti vardırmı? - HÜQUQ MƏSLƏHƏTİ

03 İyul 2025

Sual: Gecə saatlarında mənzildə, avtomobildə və yaxud digər yerlərdə məişət səs-küyü salmağın hər hansı bir məsuliyyəti vardırmı?

Cavab: Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozm sayılır və ona görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov