
Polis şəxsin razılığı olmadan evə daxil ola bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Polis şəxsin razılığı olmadan evə daxil ola bilərmi?
Cavab: Xeyr. Heç bir polis əməkdaşı vətəndaşın razılığı olmadan onun mənzilinə daxil ola bilməz – bu Konstitusiya ilə qorunan şəxsi toxunulmazlıq hüququdur (AR Konstitusiyasının 33-cü maddəsi).
İstisnalar yalnız aşağıdakı hallardır:
Məhkəmə qərarı varsa;
İnsan həyatı təhlükədədirsə və ya təhlükəli cinayət baş verirsə;
Təhlükəli cinayətkarın gizlənməsi və ya qaçması halında.
Sualı cavablandırdı: Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Tuncay Əsgərli