Naxçıvanda 30 təhsil müəssisəsində istilik sistemləri yenilənəcək

Naxçıvanda 30 təhsil müəssisəsində istilik sistemləri yenilənəcək

03 İyul 2025

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 30 təhsil müəssisəsində istilik sistemlərinin yenilənməsi istiqamətində genişmiqyaslı işlərə başlanılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nüəssisələrin mövcud istilik sistemləri binanın çöl hissəsində qurulacaq kombi sistemləri ilə əvəz olunacaq.

Bu məqsədlə Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən müvafiq tender elanı verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir. 

 Tenderdə istilik sistemlərinin sökülməsi, yeni kombi sistemlərinin quraşdırılması, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və digər əlaqəli xidmətlərin göstərilməsi nəzərdə tutulur.