
"Meyvələrin söhbəti” balacaların təqdimatında - FOTO
A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Yayın sehrli səhifələri” layihəsi çərçivəsində uşaqların təqdimatında “Meyvələrin söhbəti” adlı səhnələşdirilmiş kompozisiya keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Füzulinin əsəri əsasında hazırlanan çıxışda balacalar meyvə obrazlarını canlandıraraq sağlamlıq və dostluq mesajları veriblər.