Qərbi Azərbaycandan olan ailələrin uşaqları məzun olublar

Qərbi Azərbaycandan olan ailələrin uşaqları məzun olublar

01 İyul 2025

Kəngərli rayonunun Çalxanqala kəndində yerləşən Uşaq Musiqi Məktəbində məzun günü coşqu ilə qeyd olunub. Məktəbin şagirdlərinin böyük əksəriyyəti Qərbi Azərbaycan ailələrindən olan şagirdlərdir. Uzun illər birgə təhsil alan şagirdlər müəllimlərinə və məktəblərinə vidalaşaraq, tələbəlik həyatına qədəm qoyublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məzunlar qarşıda duran yeni imkanları uğurla reallaşdırmaq üçün səylə çalışacaqlarına söz veriblər.