Naxçıvanda bu liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib -

Naxçıvanda bu liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib - FOTO

25 İyun 2025

İyunun 25-də 2025-2026-cı tədris ili üçün Naxçıvan Qızlar və  Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseylərə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanlarda VI və VII sinifləri bitirən şagirdlər iştirak edib.

Naxçıvan Qızlar Liseyində keçirilən imtahanda   63,   Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən qəbul imtahanında isə 234 şagird imtahan verib.

İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 60 sual  təqdim olunub və 150 dəqiqə vaxt ayrılıb.

Məlumat üçün bildirək ki, liseylərə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.

İmtahan nəticələri iyulun 9-dan etibarən şagirdlərin elektron yerdəyişmə portalında (sy.edu.az) yerləşdiriləcək.

Qeyd edək ki, ötən tədris ilindən  muxtar respublikada  liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.