Ali Məhkəmədə apellyasiya məhkəmələrinin sədrləri ilə görüş keçirilib

Ali Məhkəmədə apellyasiya məhkəmələrinin sədrləri ilə görüş keçirilib

25 İyun 2025

İyunun 25-də Azərbaycan Respublikasının Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiyası məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun sədrliyi ilə aparılan iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Apellyasiya instansiyası məhkəmələrinə kassasiya instansiyasının qərarlarında əksini tapan hüquqi mövqelərə riayət edilməsi və bu mövqelərin vahid hüquqi yanaşmalarla tətbiq olunması barədə tövsiyələr ver

ilib.