Ramilə Seyidova tələbələrlə görüş keçirib -

Ramilə Seyidova tələbələrlə görüş keçirib - FOTO

25 İyun 2025

Naxçıvan Dövlət Universitetinin Sosial iş və Dövlət və ictimai münasibətlər ixtisasları üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 28 aprel 2025-ci il və 26 may 2025-ci il tarixlərdə başlanan istehsalat təcrübəsi uğurla başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təcrübə proqramının sonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova görüş zamanı tələbələri təcrübə dövrünü uğurla başa vurmaları münasibətilə təbrik edərək, onların bu sahədə gələcək fəaliyyətlərinin önəmini vurğulayıb. Bildirilib ki, ailə, qadın və uşaq məsələlərinə sosial iş prizmasından yanaşmaq, praktik biliklərlə yanaşı, peşəkar yanaşma tərzi tələb edir.

Tələbələrə uğurlar arzulayan Komitə sədri onların qazandıqları təcrübənin gələcək peşəkar inkişaflarında mühüm rol oynayacağına əminliyini ifadə edib. 

Daha sonra Komitənin sədr müavini Aytən Məmmədova, Aparatın rəhbəri Eltun Həziyev, şöbə müdirləri Könul Babayeva, Gülər Əhmədova və Vusalə Vəliyeva çıxış edərək, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Daha sonra tələbələr çıxış edərək istehçsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirərək, gələcək fəaliyyətlərində çalışqan və məsuliyyətli olacaqlarını qeyd ediblər.

Sonda Komitə sədri tələbələrə gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr vermiş və uğurlar arzulamışdır.