
Əli Orucov: Məhərrəm ayı iyunun 26-da başlayır, qanvermə aksiyası tövsiyə olunur
Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Hicri-qəməri 1447-ci ilin Məhərrəm ayı 2025-ci il iyunun 26-da başlayacaq.
O qeyd edib ki, İmam Hüseynin (ə) şəhadətinin xatırlandığı bu ayda xurafatdan uzaq durmaq, qanvermə aksiyasında iştirak etməklə şəhidlərin ruhuna ehsan vermək ən doğru yanaşmadır. Əli Orucov təziyə mərasimlərində bədənə xəsarət yetirən, qan çıxaran davranışların İslama zidd olduğunu vurğulayıb.
Şura sədri eyni zamanda dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini və dövlətçilik prinsiplərinə zidd şüarların yolverilməzliyini xatırladıb. Məhərrəmlikdə Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi, 20 Yanvar və Xocalı soyqırımı şəhidlərinin də yad olunmasının vacibliyini bildirib.
“Uca Allah xalqımızı və dövlətimizi qorusun, ölkə rəhbərimizin fəaliyyətinə bərəkət versin". – deyə Əli Orucov bildirib.
Mətin Kamal