Azərbaycanda hidrotexniki qurğular üzrə əsas müddəalar təsdiq edilib

Azərbaycanda hidrotexniki qurğular üzrə əsas müddəalar təsdiq edilib

25 İyun 2025

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Hidrotexniki qurğular. Əsas müddəalar”ı təsdiq edib.

“NAXÇIVANXƏBƏRLƏRİ” xəbər verir ki, bunu bağlı Komitə sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, hidrotexniki qurğular ərazi planlaşdırma sənədləri nəzərə alınmaqla, su ehtiyatlarından kompleks istifadə tələbləri və su axınlardan istifadə sxemləri əsasında layihələndirilməlidir. Layihələndirilən, ətraf mühitə mənfi təsiri ehtimal olunan hidrotexniki qurğuların növləri “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna Əlavə nəzərə alınmaqla müəyyən edilir.

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nın tələblərinə müvafiq yerinə yetirilir, eləcə də su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərində nəzərdə tutulan tədbirlər su axınlarının nizamlanması, sudan qənaətlə istifadə olunması, habelə mütərəqqi su təchizatı sxemlərinin və texnologiyaların tətbiqi əsasında təmizlənməmiş suların tullantısının qarşısının alınması yolu ilə sulardan səmərəli istifadə edilməsini təmin etməlidir.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə, eləcə də Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Qərarın icrasına nəzarət Komitənin sədr müavini Dövlətxan Dövlətxanova həvalə edilib.