
Şahbuzda 5600 kiloqram meyvə hərbi hissəyə təhvil verildi - FOTO
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Şahbuz Rayon İcra Hakimiyyətinin kollektivi tərəfindən həyata keçirilmiş iməclik zamanı salınmış bağlardan 5600 kiloqram müxtəlif növ meyvə yığılaraq N saylı hərbi hissəyə təhvil verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu təşəbbüs Azərbaycan xalqının orduya olan dərin ehtiramının və vətənpərvərlik ruhunun parlaq nümunəsidir. Əlamətdar günlərdə hərbi qulluqçularla həmrəylik göstərilməsi, onlara müxtəlif sovqatların çatdırılması dövlət və xalq arasında möhkəm birliyin bariz ifadəsi kimi qiymətləndirilir.
Azərbaycan əsgəri qürurla qeyd edir ki, onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayanır.