Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən edilib

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər müəyyən edilib

25 İyun 2025

Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücüləri saxlanılıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərib.