
Naxçıvanda külli miqdarda siqaretlər və psixotrop dərman preparatı aşkar edilib
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Culfa” və “Naxçıvan Karqoterminal” gömrük postlarında yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 80 000 ədəd siqaret və 100 ədəd psixotrop tərkibli “Alprazolom” dərman preparatı və 177 qutu müxtəlif növ dərmanlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.