
Hərbi qeydiyyat qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olurmu? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hərbi qeydiyyat qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olurmu?
Cavab: İXM-in 606.1-ci maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə - iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov