
Polis vətəndaşı saxladıqda, vətəndaş hansı hüquqlara malikdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Polis vətəndaşı saxladıqda, vətəndaş hansı hüquqlara malikdir?
Cavab: Vətəndaş polis tərəfindən saxlanıldıqda aşağıdakı hüquqlara malikdir:
1. Saxlanılma səbəbi ona aydın və konkret şəkildə izah olunmalıdır.
2. Vəkil tələb etmək hüququ var – polis və ya digər hüquq-mühafizə orqanı vətəndaşın istədiyi vəkilə çıxışını təmin etməlidir.
3. Susmaq hüququ var – yəni vətəndaş istintaq zamanı ifadə verməkdən imtina edə bilər və bu, qanunsuz sayılmır.
4. Ailə üzvlərinə və yaxınlarına saxlanılma barədə məlumat verilməsi hüququ var.
5. 24 saat ərzində məhkəməyə çıxarılmalıdır, əks halda saxlanma qanunsuz sayılır.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev