Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib -

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO

23 İyun 2025

23 iyun Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokuroru Sənan Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edildiyini, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun mühim rolu olduğunu diqqətə çatdırıb və dövlət qulluqçularını  peşə bayramı münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Prokuroru tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş bir qrup dövlət qulluqçusuna qiymətli hədiyyələr təqdim edilib.