
Naxçıvanda fəaliyyət göstərən sahibkarların nəzərinə
İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qeyri-iş günlərində – 26 və 27 iyun 2025-ci il tarixlərində fəaliyyət göstərəcəkdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, müvafiq xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.