Qumar oynamağa görə İnzibati Xətalar Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulubmu? -

Qumar oynamağa görə İnzibati Xətalar Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ

02 İyul 2025

Sual:  Qumar oynamağa görə İnzibati Xətalar Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulubmu?  

Cavab: Bəli , İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən  qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.  

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov