Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək

Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək

02 İyul 2025

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyulun 5-i Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu nazirliyin Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.

O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunacaq:

"Bu il ilk dəfə azad edilən ərazilərdə - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində qanvermə aksiyası keçiriləcək. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”.