Sabah Babəkin bir sıra kəndlərində qaz olmayacaq

Sabah Babəkin bir sıra kəndlərində qaz olmayacaq

20 May 2025

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 76 mm və 89 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində qaz təchizatı mayın 21-idə saat 09:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.