Süleyman Neymətov Ordubad rayonunda vətəndaşları qəbul edəcək

Süleyman Neymətov Ordubad rayonunda vətəndaşları qəbul edəcək

21 May 2025

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru cənab Süleyman Neymətov tərəfindən 2025-ci il may ayının 23-də Ordubad Rayon Polis Şöbəsinin inzibati binasında saat 10:00-da vətəndaşların qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı mayın 23-dək Ordubad Rayon Polis Şöbəsinə, habelə Naxçıvan MR DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.