Fərid Bağırzadə Şahbuzda vətəndaşları qəbul edəcək

Fərid Bağırzadə Şahbuzda vətəndaşları qəbul edəcək

23 Aprel 2025

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə aprelin 25-də Şahbuz rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar 21-24 aprel tarixlərində Nazirliyə rəsmi qaydada, aasmn.nmr@sosial.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.