
"Rəhbərlər üçün İnkişaf Proqramı” uğurla başa çatdı - FOTO
İyulun 16-da “Rəhbərlər üçün İnkişaf Proqramı”nın yekun mərhələsi olan sertifikasiya imtahanı keçirildi. Naxçıvan şəhərinin Saat meydanında təşkil olunan imtahanda ümumilikdə 28 iştirakçı təlim müddətində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirdi.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumilikdə 32 saatlıq intensiv tədris proqramı rəhbərlərin idarəetmə sahəsində nəzəri biliklərini gücləndirməklə yanaşı, praktiki bacarıqlarını da inkişaf etdirməyə yönəlib. Təlimlər çərçivəsində iştirakçılar müasir liderlik yanaşmaları, effektiv kommunikasiya, strateji planlaşdırma və qərarvermə kimi vacib mövzular üzrə maarifləndirilib.
Sertifikasiya imtahanında uğur qazanan iştirakçılar yaxın günlərdə rəsmi sertifikatlarla təmin olunacaqlar.
“Rəhbərlər üçün İnkişaf Proqramı” insan kapitalının inkişafına və idarəetmə keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mühüm təşəbbüslərdən biri kimi dəyərləndirilir.