
Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinə direktor təyin olundu
Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində kadr dəyişikliyi baş verib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun imzaladığı əmrlə Zaur Həsənov Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni təyinatla əlaqədar olaraq Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanasının kollektivlərinə təqdim olunub.
Təqdimat zamanı kollektiv üzvləri yeni direktora fəaliyyətində uğurlar arzulayıblar.
