
Toxmacarlıq sahələrində payız əkin mövsümü üçün torpaq hazırlıq işlərinə başlanıb - FOTO
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Babək rayonunun Xətai tingçilik sahəsində payız əkin mövsümünə hazırlıq məqsədilə şumlama və digər zəruri aqrotexniki qulluq tədbirlərinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırlıq işləri ümumilikdə 2 hektar sahəni əhatə edib, 0,3 hektar sahədə şumlama işləri aparılıb. Şumlama işləri torpağın strukturunun və münbitliyinin yaxşılaşdırılması, suyun səmərəli sorulması və havalanmanın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Torpaq hazırlığı başa çatdıqdan sonra əkin üçün torpaq-iqlim şəraitinə uyğun toxumlar əkiləcək. Əkilmiş toxumlar yetişdirildikdən sonra ting halında əkin dövriyyəsinə buraxılacaq.