Rəmzi Tahirli: Naxçıvanda “Rehabus” layihəsi üzrə əlilliyi olan 40-a yaxın şəxsə xidmət göstərilib

Rəmzi Tahirli: Naxçıvanda “Rehabus” layihəsi üzrə əlilliyi olan 40-a yaxın şəxsə xidmət göstərilib

16 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 fevral 2025-ci il tarixindən icrasına başladığı  “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsinin məqsədi əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdan ibarətdir.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rəmzi Tahirli bildirib.

O, qeyd edib ki, həmin xidmət vasitəsilə muxtar respublikanın bölgələrində yaşayan əlilliyi müəyyən olunmuş şəxslərin Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa Mərkəzi və Əlillərin Bərpa Mərkəzinə rahat və asan şəkildə çatdırılması və yaşadığı ünvana geri qaytarılması təmin olunur.

Nazirliyin əməkdaşı bildirib ki, təkərli oturacaqlardan istifadə edən şəxslərin xidmətdən daha rahat yararlanması, müyəssərliyin təmin edilməsi məqsədilə avtobuslara qaldırıcı qurğular da quraşdırılıb.

"Dövr ərzində Naxçıvan şəhəri üzrə 6, Babək rayonu üzrə 16, Culfa rayonu üzrə 4, Şahbuz rayonu üzrə 1, Kəngərli rayonu üzrə 11, Şərur rayonu üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 39 nəfərə xidmət göstərilmişdir". - deyə Rəmzi Tahirli qeyd edib.

Müsahibəni hazırladı: 

Nəzrin Abbaslı