Naxçıvanlı şahmatçılar Türkiyə liqalarında!

Naxçıvanlı şahmatçılar Türkiyə liqalarında!

16 İyul 2025

Paytaxt Ankarada 2025 Türkiyə Şahmat Birinci Liqası keçirilir. Liqada 24 klub heyətində 20 ölkədən gəlmiş 300-ə yaxın şahmatçı iştirak edir. Yarışda Azərbaycandan olan zəka sahibləri də çıxış edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasından Toğrul Həsənzadə I Liqada çıxış edir. Digərlərinə gəlincə, Urfan Sevdımalıyev, Talıb Babayev, Sadiq Məmmədov, Pərviz Qasımov və Nəsrin Babayeva isə iyulun 20-si start götürəcək II Liqada müxtəlif klubların heyətində mübarizəyə qoşulacaq.