Sədərəkdə şəhid Niyaməddin Ələkbərovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib -

Sədərəkdə şəhid Niyaməddin Ələkbərovun xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib - FOTO

11 İyul 2025

İyulun 11-də Sədərək Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə parkında yerləşən mini stadionda Vətən müharibəsi şəhidi Ələkbərov Niyaməddin İsrafil oğlunun əziz xatirəsinə həsr olunmuş mini futbol turniri təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Açılış nitqi ilə çıxış edən Gənclər və İdman İdarəsinin məsləhətçisi Məhəmməd Fizuli tədbirin məqsədi və əhəmiyyəti barədə yeniyetmələrə geniş məlumat verib. Tədbirdə şəhidin əmisi oğlu Ələkbərov Mahir də çıxış edərək, belə bir yarışın təşkilinə görə təşkilatçılara dərin minnətdarlığını bildirib.

Turnirdə ümumilikdə 18 yeniyetmə idmançı iştirak edib. Gərgin və maraqlı oyunlar nəticəsində UGİM komandası turnirin qalibi olub.

Yekunda qalib və iştirakçı komandalar diplom, medal, kubok və futbol topları ilə təltif olunublar.