
Naxçıvan MR Həmkarlar İttifaqları Şurası üzvlərinin yay istirahəti davam edir - FOTO
İyulun 12-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən yay mövsümündə üzvlərin istirahətinin təşkili çərçivəsində daha 66 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzinə göndərişi təmin olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, istirahət proqramı iştirakçılara iki gün müddətində yüksək keyfiyyətli xidmətlər təqdim etməklə, onların rahat və yaddaqalan bir vaxt keçirməsini təmin edib. Bu müddət ərzində üzvlər kanat xətti vasitəsilə təbiətin gözəlliklərini seyr ediblər və hər gün üç dəfə təqdim olunan zəngin və ləzzətli yeməklərlə qidalanıblar. Həmçinin, iştirakçılara müxtəlif intellektual və əyləncəli yarışlar da təqdim olunub.
Qeyd edək ki, yay mövsümü ərzində Həmkarlar İttifaqları Şurasının üzvləri yalnız yollayışın 15 faizini ödəməklə, hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində mənalı və yaddaqalan şəkildə keçirmək imkanı əldə edirlər.