Uşaqların asudə vaxtının səmərəli keçməsi diqqətdə saxlanılır -

Uşaqların asudə vaxtının səmərəli keçməsi diqqətdə saxlanılır - FOTO

11 İyul 2025

İyulun 11-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi kateqoriyadan olan uşaqlar üçün muzeylərə və tarixi abidələrə ekskursiya təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ekskursiya zamanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar Naxçıvan şəhərində yerləşən muzeylərdə və tarixi abidələrdə olublar.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən Heydər Əliyev Muzeyi, regionun zəngin tarixini və mədəni irsini sərgiləyən Naxçıvan Dövlət Tarix Muzeyi, sağlamlıq turizmi və müalicə imkanları ilə tanınan “Duzdağ Müalicə Mərkəzi”, qədim dövrün memarlıq incilərini nümayiş etdirən və tarixi abidə kimi xüsusi əhəmiyyətə malik olan, milli tarix və mədəniyyətin önəmli simvollarını özündə birləşdirən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ziyarət olunub.

Uşaqlar ekskursiyanı xoş təəssüratlarla başa vuraraq məmnunluqla ayrılıblar.