
"Media-aktiv" davam edir: stolüstü tennis yarışında qaliblər bəlli oldu - FOTO
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə həyata keçiridiyi “Media-aktiv” layihəsinin icrası davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində media nümayəndələri arasında stolüstü tennis birinciliyi keçirilib. Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda iştirakçılar kişilər və qadınlar kateqoriyalarında olimpiya sistemi əsasında mubarizə aparıblar.
Nəticələrə əsasən Nicad Bayramlı kişilər arasında, Fəridə Qarayeva isə qadınlar arasında birinci olublar. Mübariz Möhsünov ilə Zeynəb Qarayeva ikinci, Namiq Abbasov və Nərmin Əlirzayeva isə üçüncü yerə sahib çıxıblar.
Layihənin proqramına uyğun olaraq qarşıdakı günlərdə şahmat və futzal yarışları keçiriləcək. İyulun 21-i isə mükafatlandırma tədbiri təşkil olunacaq.
Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.