
Babək rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq
219 mm boru korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı Babək rayon Nehrəm qəsəbəsi, Babək şəhəri, Güznüt, Çeşməbasar və Qoşadizə kəndlərində iyul ayının 11-i saat 05:00-dan müvəqqəti dayandırılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Təbii qazın dayandırıldığı müddət ərzində, qaz cihazlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi sizdən xahiş edirik!