
Naxçıvanın bəzi yerlərində su olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Qaraçuq kəndi, Qaraxanbəyli kəndi , Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.