Mürsəl İbrahimov və Müdafiə Nazirliyinin dörd həbçisinə "general-mayor" rütbəsi verilib -

Mürsəl İbrahimov və Müdafiə Nazirliyinin dörd həbçisinə "general-mayor" rütbəsi verilib - SƏRƏNCAM

25 İyun 2025

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, sənədə əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova

polkovnik Vasif Tofiq oğlu Xəlilova

polkovnik Elnur Sadıq oğlu Kazımova

polkovnik Elgün Aqil oğlu Əliyevə.

Dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.