Naxçıvan Dövlət Filarmoniyası Ordubadda konsert proqramı ilə çıxış edəcək

Naxçıvan Dövlət Filarmoniyası Ordubadda konsert proqramı ilə çıxış edəcək

24 İyun 2025

26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Ordubad rayonunda konsert proqramı ilə çıxış edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsert iyun ayının 25-i saat 15:00-da Ordubad Rayon Mədəniyyət Sarayında keçiriləcək. Proqram orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Cahangir Qurbanovun rəhbərliyi ilə təqdim olunacaq.

Tamaşaçılara Azərbaycan bəstəkarlarının romans və mahnılarından ibarət zəngin musiqi proqramı təqdim olunacaq.

Biletləri Ordubad Rayon Mədəniyyət Sarayının kassasından əldə etmək mümkündür.