
Ramin Dünyamalıyev Kəngərli rayonunda vətəndaşları qəbul edib - FOTO
Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Ramin Dünyamalıyev və Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Ümummilli lider Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzüb, ehtiramla yad ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 24-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Ramin Dünyamalıyev Kəngərli rayonunda həmin rayonunun sakinləri ilə görüşüb.
Kəngərli rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərinə qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, növbəti aylarda Qaz İstismar Xidmətinin rəhbərliyi tərəfindən qrafikə əsasən digər rayonlarda da görüşlər keçiriləcək.