Ceyhun Bayramov ilə BƏƏ-dən olan həmkarı arasında telefon danışığı olub

Ceyhun Bayramov ilə BƏƏ-dən olan həmkarı arasında telefon danışığı olub

24 İyun 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BƏƏ-dən olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

XİN-dən "NAXÇIVANXƏB ƏRLƏRİ"-nə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, problemlərin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.