Kazım Hüseynəliyev Sədərəkdə  vətəndaşları qəbul edib -

Kazım Hüseynəliyev Sədərəkdə  vətəndaşları qəbul edib - FOTO

24 İyun 2025

İyunun 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə  vətəndaş qəbulu keçirib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında  qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, muxtar respublikaya avadanlıqların idxalı və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib.