Naxçıvan şəhərinin  mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır

Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır

24 İyun 2025

Bu barədə “Chapman Taylor” şirkətinin direktoru Marselina Zieliniska məlumat verib.

O bildirib ki, şəhərin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır. Şəhərdə əhalinin sayının arta biləcəyini nəzərə alaraq, burada daimi yaşayan sakinlərlə yanaşı, gələcəkdə məskunlaşacaq insanlar üçün də yeni yaşayış komplekslərinin salınmasına ehtiyac yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu səbəbdən, əhalinin daha komfortlu yaşayışı və istirahəti üçün zəruri infrastrukturun qurulması nəzərdə tutulur.

Marselina Zieliniska qeyd edib ki, şəhərin yaşıllıq ərazilərinin artırılması istiqamətində də böyük potensial mövcuddur. Şirkətin missiyasının əsas istiqamətlərindən biri də məhz bu sahəni əhatə edir – yeni yaşıllıq zonalarının yaradılması planlaşdırılır. O, təbiətin layihə üçün əsas prioritetlərdən biri olduğunu vurğulayaraq bildirib ki, mövcud parkların heç birinə toxunulmayacaq. Xüsusilə bu iqlim şəraitində yaşıllığın önəmini nəzərə alaraq, Naxçıvançay vadisində və digər su hövzələrinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsi məqsədəuyğundur. Beləliklə, sakinlər bu məkanlarda daha səmərəli və keyfiyyətli istirahət edə biləcəklər.