
Naxçıvanda yeni məktəblərin və uşaq bağçalarının tikintisi planlaşdırılır
Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Hacıvar kəndindəki məktəbin tikintisinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Babək rayonunun Nehrəm qəsəbəsində tikintisi yarımçıq qalan məktəbin tamamlanması işləri davam etdirilir.
Bundan əlavə, Nehrəm qəsəbəsində yeni uşaq bağçasının layihələndirilməsi də həyata keçirilir.