
Ordubadda tarixi binanın bərpasına başlanıldı - FOTO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpa işlərinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə üzrə hazırda ərazidə tikinti-bərpa işləri görülür.