Naxçıvanda investisiya layihələrinin icra səviyyəsi 51 faiz olub

Naxçıvanda investisiya layihələrinin icra səviyyəsi 51 faiz olub

27 Avqust 2025

Naxçıvanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, müasir infrastrukturun qurulması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bu il ümumilikdə 23 infrastruktur və sosialyönlü layihənin icrası nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  proqram çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası büdcəsindən 21 milyon 478 min 508 manat vəsait ayrılıb. Bunun 8 milyon 654 min 276 manatı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə,

12 milyon 824 min 232 manatı isə digər layihələrin icrasına yönəldilib.

Digər layihələr üçün ayrılmış vəsaitin 39 faizi, yəni 4 milyon 964 min 727 manat artıq bağlanmış müqavilələr əsasında xərclənib.

Ümumilikdə isə 2025-ci ilin ilk 7 ayında Naxçıvan Muxtar Respublikasında investisiya layihələrinin icra səviyyəsi 51 faiz təşkil edib.