Naxçıvanda mədəniyyət obyektlərinin təmiri istiqamətində ilkin işlərə başlanılıb

Naxçıvanda mədəniyyət obyektlərinin təmiri istiqamətində ilkin işlərə başlanılıb

27 Avqust 2025

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin təmiri diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mütəmadi olaraq müvafiq işlər həyata keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyd olunan işlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri ilə bağlı olaraq mövcud binaların layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb.

Şirkət tərəfindən müqaviləyə uyğun olaraq hər üç binanın layihə sənədləri hazırlanacaq.  

Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət işçilərinin iş şəratinin yaxşılaşdırılması, mədəniyyət müəssisələrinin günün tələblərinə uyğun olaraq təmir və tikintisi istiqamətində işlər davam etdiriləcək.