NDU-da yüksək bal toplayan tələbələrin  qəbulu 4 dəfə artıb

NDU-da yüksək bal toplayan tələbələrin qəbulu 4 dəfə artıb

27 Avqust 2025

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb. Naxçıvan Dövlət Universitetinə yüksəkballı qəbul sayında dəfələrlə artım qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-2026-cı tədris ilində 600 baldan yuxarı nəticə göstərərək NDU-ya qəbul olan abituriyentlərin sayı 4 dəfəyə qədər artaraq 152 nəfərə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.  Xatırladaq ki, 2024-2025-ci tədris ilində bu rəqəm 41 nəfər idi.

Məlumat üçün bildirək ki, müxtəlif ixtisas qrupları üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşüaslıq”, “Tibb”, “Dövlət və ictimai münasibətlər”, “Komputer mühəndisliyi” və s. ixtisaslarda təhsil almaq imkanı əldə ediblər. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında  NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr də yer alır. 

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.