
NDU-nun nəzdində Gimnaziya 100 faiz qəbul göstəricisi ilə fərqlənib
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngili dili Təmayüllü Gimnaziya bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təhsil ocağının 36 məzunundan hər biri tələbə adını qazanaraq 100 faiz nəticə göstərib.
Məzunlardan 16 nəfəri 500-dən yuxarı bal toplayaraq uğurları ilə seçilib.